EN

İsrail “Qara Bayraq” əməliyyatına BAŞLADI

Vətəninfo.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz Yəməndə “Qara Bayraq” kod adlı Ənsar Allah (Husi) hərəkatına qarşı yeni hərbi əməliyyat elan edib, nazirliyin mətbuat xidməti bildirib.

İsrailin Yəmənin Hudeydə şəhərinə 20-dən çox zərbə endirib, üç limanı və bir elektrik stansiyasını hədəfə aldığı bildirilir. “Qara Bayraq əməliyyatı çərçivəsində İsrail Müdafiə Qüvvələri (İDF) təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilən və hazırda Qırmızı dəniz əməliyyatı üçün istifadə edilən Hodeyda, Əs-Səlif və Ras İsa limanlarındakı husi terrorçularının hədəflərinə, Ras Katib elektrik stansiyasına və Qalaktika Lider gəmisinə güclü zərbələr endirib”. Nazirliyin mətbuat xidməti.

Katz həmçinin Yəməni yəhudi dövlətinə davamlı raket hücumlarına görə “Tehranın taleyi” ilə hədələyib.

Chosen
16
12
veteninfo.az

10Sources