Yəmənli husilər İsrailin Ben Qurion hava limanına, Aşkelondakı elektrik stansiyasına və Aşdod limanına üç hipersəs raketi ilə hücum ediblər .
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Husi ordusunun sözçüsü briqada generalı Yəhya Sari verdiyi açıqlamada daha səkkiz pilotsuz təyyarənin Eylat limanını hədəf aldığını bildirib.
Sarinin sözlərinə görə, Yəmən təcavüz dayandırılana və blokada aradan qaldırılana qədər Qəzzaya dəstəyini davam etdirəcək.