İsrail husilərə qarşı "Qara Bayraq" adlı hərbi əməliyyata başlayıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Qara Bayraq" əməliyyatı çərçivəsində ordu husilərə məxsus infrastruktura - Hodeyda, Əs-Salif və Ras İsa limanlarına, Ras Katib elektrik stansiyasına, eləcə də təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilmiş və hazırda Qırmızı dənizdə istifadə olunan "Galaxy Leader" gəmisinə zərbələr endirib.
İsrail Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, sözügedən obyektlər "terror məqsədləri ilə istifadə olunur".
İsrail ordusunun rəsmi nümayəndəsi Aviha Adri hücumlardan əvvəl liman və elektrik stansiyası yaxınlığındakı əhalinin təxliyəsi barədə xəbərdarlıq yayıb.