EN

Azərbaycan və Özbəskistan DÇ-nin ev sahibliyinə namizədliyini irəli sürdü

Azərbaycan və Özbəkistan FIFA U-20 2027 Dünya Çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər.

Publika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Qurum açıqlama yayaraq Özbəkistan Futbol federasiyası ilə müvafiq addımlar atdığını bəyan edib:

"FIFA 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirməsinə başlayıb. Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər.

Chosen
3
4
publika.az

10Sources