Bu ilin I yarımilində əmək müqavilələrinə qanunsuz xitam verilən 42 işçi əvvəlki işlərinə bərpa olunub.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin dövr ərzində müraciətlərin araşdırılması zamanı vətəndaşlara işəgötürənlər tərəfindən gecikdirilmiş və ya ödənilməmiş 160 257 manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib.