"Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb".
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq ADY-dən bildirilib.
Qeyd olunub ki, qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır.
Xatırladaq ki, səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə hərəkət edən sürət qatarının Xırdalan ərazisində yolda qalması barədə redaksiyamıza məlumat daxil olmuşdu. Verilən məlumata görə, sərnişinlər 30 dəqiqə gözləməli olub.