AZ

Sumqayıt-Bakı qatarı yenə yolda qaldı

Bu gün Sumqayıtdan Bakıya hərəkət edən qatarda problem yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Qafqazinfo"ya sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, qatar təxminən 40 dəqiqəyə yaxın yolda qalıb.

Problemlə bağlı ADY-nin Mətbuat xidməti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, qatarın hərəkəti üçün tədbirlər görülüb: pizza sifarişi

"Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb.

Qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır".


Telegram kanalımız
Seçilən
15
31
yenisabah.az

10Mənbələr