EN

Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda “Dila” və Lüksemburqun "Rasinq” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq. A. Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən “Tengiz Burjanadze” stadionunda oynanılacaq.

 

 

 

Chosen
7
15
azertag.az

10Sources