"Mançester Siti" bu yay Cek Qrilişlə vidalaşmağı düşünür.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" 29 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq tələb edir.
Bu barədə "Manchester Evening News" məlumat yayıb.
Qriliş 2021-ci ildə "Mançester Siti"yə transfer olub. Onun buradakı karyerası gözlənilən kimi alınmayıb. İngilis futbolçu 157 oyunda 17 qol vurub və 23 məhsuldar ötürmə edib.