EN

Ermənistanda oğurlanmış əcnəbinin meyiti tapıldı

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Kotaykdakı qonaq evindən əcnəbi vətəndaşın meyitini tapıblar.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mərhum əcnəbi imiş və Kaxsi kəndindəki qonaq evində yaşayırmış. O, bir-neçə gün əvvəl yoxa çıxıb və axtarılırmış.

Polis əməkdaşları, müstəntiqlər və kinoloqlar ərazidə 10 saata yaxın axtarış aparıblar.

Axtarış nəticəsində “Yol polisi postu” kimi tanınan ərazidə insan meyiti tapılıb

İstintaqın məlumatına görə, ölən şəxs 74 yaşlı Yevgeni Vaxonindir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, iyulun 1-də 40 yaşlı Andrey Miroşnik və 23 yaşlı Darya Asabina Kaxsidəki qonaq evinə daxil olublar. Orada bir neçə gün qalıblar. Sonra sındırdıqları fincana və zədələnmiş çarpayıya görə dəymiş maddi ziyanı da ödəyib oradan gediblər.

Müstəntiqlərin fikrincə, məhz onlar Vaxonini “Mazda” avtomobili ilə oteldən aparıblar. Amma onun həmin vaxt sağ olub-olmadığı məlum deyil.

Chosen
15
49
publika.az

10Sources