EN

Silva: BRICS daha təhlükəsiz ödəniş sistemləri yaratmağa çalışır

“BRİKS ölkələri daha sürətli və təhlükəsiz transsərhəd sistemləri inkişaf etdirir”.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda BRİKS sammitinin ikinci sessiyasının açılışında Braziliya prezidenti Lula da Silva deyib.

Onun sözlərinə görə, bu addım ittifaqda ticarət və xidmətləri gücləndirəcək:

“BRİCS ölkələri Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların tərəfdarıdır və hesab edirlər ki, onların Beynəlxalq Valyuta Fondunda (BVF) səs payı ən azı 25% olmalıdır. Birtərəfli yanaşmalar ticarətə maneələr yaratsa da, blokumuz daha sürətli, daha ucuz və təhlükəsiz transsərhəd ödəniş sistemlərinin yaradılması üzərində işləyir. Bu, ticarət və xidmətlərimizi artıracaq. Bundan başqa, BRİKS ölkələri arasında sualtı kabellərin çəkilməsi imkanlarına dair texniki-iqtisadi əsaslandırmanın aparılması məlumat mübadiləsinin sürətini, təhlükəsizliyini və suverenliyini artıracaq”.

Chosen
14
9
icma.az

10Sources