EN

KİV: İsrail HƏMAS-la razılaşmaya hazırdır

İsrail Ordusunun Baş Qərargah rəisi general Eyal Zamir HƏMAS-la israilli girovların azad olunmasına yönəlmiş razılaşmanın əldə edilməsini məqsədəuyğun sayır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Onun fikrincə, Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi girovların həyatını ciddi təhlükə altına qoyur.

"İsrailin Baş naziri Benyamin Netanyahu əvvəlki mövqeyində qalaraq HƏMAS-ın Qəzzadan tamamilə uzaqlaşdırılması və təşkilatın silahsızlaşdırılmasının vacibliyini müdafiə edir", - məlumatda deyilir.
Chosen
2
39
sherg.az

10Sources