EN

Bakı və Qarabağ həmişə qəlbimdə yer alacaq Jezniçak

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam klubundakı çıxışını xatırlayıb.

QOL.az xəbər verir ki, polşalı müdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında "Qarabağ"a gəlişi və qazandığı uğurlardan bəhs edib: 

"Düz 8 il əvvəl “Qarabağ”la müqavilə bağlamışam. Bu, həqiqətən gözəl iki il idi. Çempionlar Liqasında, sonra Avropa Liqasında yüksəliş. İki Azərbaycan çempionluğu və bir kuboku!

Ancaq bilirsiniz ən çox nəyi xatırlayıram? Mən orada tanış olduğum insanları istər futbolda, istərsə də şəxsi həyatda sevirəm. Bu günə kimi onların çoxu ilə əlaqə saxlayıram.

Təşəkkür edirəm. Bakı və "Qarabağ" həmişə mənim qəlbimdə yer alacaq!"

Xatırladaq ki, Y.Jezniçak 2017/19-cu illərdə "Qarabağ"da oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
50
qol.az

10Sources