AZ

FIFA dünya çempionatının biletlərinin qiymətini 36 dəfə aşağı saldı

style='margin-bottom:10px;'>

Klublararası dünya çempionatının yarımfinal mərhələsində keçiriləcək "Çelsi" – "Fluminense" oyununun biletlərinin qiyməti kəskin şəkildə ucuzlaşıb. 

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Hazırda bu görüş üçün biletin qiyməti 13.4 dollar təşkil edir. Halbuki 72 saat əvvəl həmin biletlər 473.9 dollara satılırdı. 

Qeyd olunur ki, indi stadiondakı biletin qiyməti hətta pivə (14 dollar) və qida (15 dollar) qiymətindən də aşağıdır.

Qarşılaşma iyulun 8-də keçiriləcək. İyulun 9-da isə digər yarımfinal matçında "Real" PSJ ilə üz-üzə gələcək.

Qeyd edək ki, klublararası dünya çempionatı ABŞ-da keçirilir. Turnirin final oyunu iyulun 13-nə təyin olunub.

Seçilən
5
8
teleqraf.com

10Mənbələr