Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxtın Balaxanı yolunda baş verən hadisə sürücülər arasında ciddi narahatlıq yaradıb.
Avtosfer.az xəbər verir ki, 99-CE-470 dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilin sürücüsü təhlükəli manevr edərək digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub və qəza şəraiti yaradıb.
Görüntülərdə sürücünün qəfil zolaq dəyişməsi, digər nəqliyyat vasitələrinin qarşısını kəsməsi və hərəkət ardıcıllığını pozması aydın görünür.
Qeyd edək ki, əks yola çıxaraq bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə uyğun olaraq 150 manat və əlavə olaraq 4 balla cərimələnir.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.