AZ

Avtomobildən çölə zibil atan sürücü çətin anlar yaşatdı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Binəqədi-Balaxanı şosesində hərəkətdə olan avtomobil yola ard-arda plastik butulka və digər tullantılar atıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə şahidi Liderxeber.az-a açıqlamasında bildirib ki, "Toyota" markalı, “77-HT-304” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü zibili bir neçə dəfə çölə atıb. Buna etiraz olaraq digər sürücülər irad bildirsə də, eyni hal bir neçə dəfə təkrar olunub.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
50
avtosfer.az

10Mənbələr