EN

"Turan Tovuz" portuqaliyalı hücumçu transfer etmək istəyir

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Turan Tovuz" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Operativ Media xəbər verir ki, bölgə təsilçisi son olaraq Rumıniyanın “Buzău” klubunda çıxış etmiş portuqaliyalı futbolçu Ricardo Matosu transfer etmək niyyətindədir.

25 yaşlı forvard karyerası ərzində “Benfica”, “Ascoli”, “Casertana”, “Olhanense”, “Portimonense” və “Belenenses” klublarının formasını geyinib.

O, peşəkar karyerası ərzində 114 oyuna çıxıb, 30 qol və 2 assistlə yadda qalıb. Futbolçunun bazar dəyəri 400 min avro olaraq qiymətləndirilir.

"Transfermarkt" nəşri futbolçunun qiymətini 400 min avro qiymətləndirir.

Chosen
22
14
operativmedia.az

10Sources