AZ

"Milan"ın müdafiəçisi Teo Hernandes "Əl-Hilal"a keçib

"Əl-Hilal "Milan"ın müdafiəçisi Teo Hernandes ilə müqavilə imzalayacaq.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər nəhayət ki, transferlə bağlı razılığa gəliblər. Müqavilənin dəyəri 25 milyon avro olacaq. 27 yaşlı fransız yaxın günlərdə müqavilə imzalayacaq.

Hernandes 2019-cu ildən "Milan"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

"Transfermarkt" Teonun bazar dəyərini 35 milyon avro qiymətləndirir. Onun "Milan"la müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatır.

Seçilən
14
20
operativmedia.az

10Mənbələr