Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində şəhid olan hərbçilərin sayının 12-yə yüksəldiyini açıqlayıb.
Publika.az bu barədə nazirliyin yaydığı rəsmi məlumata istinadən xəbər verir.
Hadisə şəhid baş leytenant Nuri Melih Bozkurtun nəşinin tapılması üçün aparılan axtarış tədbirləri zamanı baş verib. Hərbçilər terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada metan qazına məruz qalıblar.