AZ

Türkiyə ordusunda şəhid sayı 12-yə çatdı – Yenilənib


İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində aparılan axtarış əməliyyatı zamanı daha 4 hərbçinin metan qazından zəhərlənərək şəhid olduğu məlum olub.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bunula da, şəhid olan hərbçilərin sayı 12-yə çatıb.
Qeyd edək ki, 19 hərbçi bir mağarada metan qazına məruz qalıb. Sözügedən hərbçilər həmin mağaraya 2022-ci ilin may ayında şəhid olan baş leytenant Nuri Melih Bozqurdun qalıqlarını axtarmaq üçün giriblər.

***08:57 
Türkiyə ordusunun 8 hərbçisi şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində aparılan axtarış zamanı 19 hərbçi bir mağarada metan qazına məruz qalıb.
Qeyd olunub ki, görülən bütün tibbi müdaxilələrə baxmayaraq onlardan 8-i şəhid olub.
Seçilən
5
50
yeniavaz.com

10Mənbələr