Olaylar.az xəbər verir ki, bu barədə Rutte The New York Times qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Si Cinpin belə bir hücum planı ilə bağlı əvvəlcə Putinə zəng edib Avropanı yayındırmaq üçün NATO ərazisinə hücum etməsini istəyə bilər. Rutte həmçinin vurğulayıb ki, Rusiya və Çin arasındakı "sərhədsiz tərəfdaşlıq" Ukrayna müharibəsi fonunda daha da güclənib və Pekin Rusiyanın bu müharibədə uduzmasına yol vermək istəmir, çünki bu, Tayvanla bağlı planlarına təsir edə bilər.
Rutte əlavə edib ki, Aİ Çin şirkətlərini Rusiyanın müdafiə sənayesinə dəstək verməkdə ittiham edir və Şimali Koreyadan 12 mindən çox əsgərin Rusiyaya göndərildiyini bildirən məlumatlar da mövcuddur.
NATO baş katibi Qərb ölkələrini həm Avropada Rusiyanın aqressiyasının qarşısını almaq, həm də Çin ambisiyalarını cilovlamaq üçün müdafiə xərclərini artırmağa və vahid mövqe nümayiş etdirməyə çağırıb.