Bakı. Trend:
Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcıbanklarından biri olan TuranBank uğurlu fəaliyyəti sayəsində nəhəngbeynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.Belə ki, Bank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchardFinance” tərəfindən idarə olunan nüfuzlu BlueOrchard BeynəlxalqMikromaliyyələşdirmə Fondu ilə yerli valyutada yeni kredit sazişiimzalayıb.
Sazişə əsasən, BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə FonduTuranBank-a 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğindəAzərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilənvəsait ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesinmaliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərininyerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha dagenişləndirəcək, dayanıqlı iqtisadi artımı təmin edərəkiqtisadiyyatın inklüziv şəkildə inkişafına töhfə verəcək.
BlueOrchard Mikromaliyyələşdirmə Fondunun Baş Kredit İnzibatçısıNormunds Mizis bildirib: “TuranBank Kiçik və OrtaBiznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biridirvə Bank ilə tərəfdaşlığımızı daha da genişləndirməkdən vəAzərbaycanın iqtisadi rifahına birgə töhfə verməkdən məmnunluqduyuruq”.
“TuranBank olaraq iqtisadiyyatın real sektorunundəstəklənməsi və sahibkarlıq mühitinin inkişafına töhfə verilməsibizim uzunmüddətli strategiyamızın əsas istiqamətlərindən biridir.Bu saziş, Bankın beynəlxalq maliyyə institutları ilə etibarlıtərəfdaşlıq əlaqələrinin genişlənməsinin və regionlarda fəaliyyətgöstərən sahibkarlıq subyektlərinə dayanıqlı dəstəyin təminolunmasının göstəricisidir. BlueOrchard kimi nüfuzlu investisiyainstitutu ilə qurulan bu əməkdaşlıq, eyni zamanda, Bankınbeynəlxalq maliyyə sektorunda etibarının bariz nümunəsidir” -deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeydedib.
Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 ilərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş,xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyəsektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik vəorta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalqkredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıqəlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB),Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma vəİnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət vəİnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslamKorporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət vəİnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları iləkiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərəkqeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
TuranBank
Bizimlə etibarlıdır...