Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan “TuranBank” uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitlərini cəlb etməkdədir. Belə ki, Bank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu “BlueOrchard” Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə yerli valyutada yeni kredit sazişi imzalayıb.
Sazişə əsasən, “BlueOrchard” Beynəlxalq Mikromaliyyələşdirmə Fondu “TuranBank”a 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək, dayanıqlı iqtisadi artımı təmin edərək iqtisadiyyatın inklüziv şəkildə inkişafına töhfə verəcək.
“BlueOrchard” Mikromaliyyələşdirmə Fondunun Baş kredit inzibatçısı Normunds Mizis bildirib: “TuranBank” Kiçik və Orta Biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biridir və Bank ilə tərəfdaşlığımızı daha da genişləndirməkdən və Azərbaycanın iqtisadi rifahına birgə töhfə verməkdən məmnunluq duyuruq”.
“TuranBank” olaraq iqtisadiyyatın real sektorunun dəstəklənməsi və sahibkarlıq mühitinin inkişafına töhfə verilməsi bizim uzunmüddətli strategiyamızın əsas istiqamətlərindən biridir. Bu saziş Bankın beynəlxalq maliyyə institutları ilə etibarlı tərəfdaşlıq əlaqələrinin genişlənməsinin və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dayanıqlı dəstəyin təmin olunmasının göstəricisidir. “BlueOrchard” kimi nüfuzlu investisiya institutu ilə qurulan bu əməkdaşlıq, eyni zamanda, Bankın beynəlxalq maliyyə sektorunda etibarının bariz nümunəsidir” - deyə “TuranBank” ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib “TuranBank” mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb olunması istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
“TuranBank”
Bizimlə etibarlıdır...