EN

“Neftçi” yeni transferi üçün 4 milyon manat xərcə düşəcək

Bu yay transferlərdə daha diqqətli olmağa çalışan “Neftçi” güclənməyə davam edir. Bakılılar legioner seçimlərində lider oyunçulara güvənməyə səy göstərir.

Ulusal.az xəbər verir ki, səviyyəsi mübahisə mövzusu olmayan oyunçulara böyük pullar xərcləməkdən çəkinməyə paytaxt klubu İmad Faraj üçün də fədakarlıq edib. Fransalı sağ vinger üçün AEK-ə (Larnaka) təxminən 700 min avro ödənilib. Yüksək texnikaya malik oyunçu özü isə aylıq 40 min avro maaş alacaq.

3 illik müqavilə bağlanan 26 yaşlı Faraj “Lill” akademiyasının yetirməsidir. O, Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu AEK-lə Kipr kubokunun qalibi olub. Faraj Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

“Neftçi”nin 3 il ərzində İmada 1,2 milyon avro ödəyəcəyini nəzərə alsaq, transfer haqqı ilə birlikdə bu futbolçuya təxminən 4 milyon manat xərcləndiyini görürük.

Chosen
12
15
moderator.az

10Sources