PSJ “Real”ın cinah hücumçusu Rodriqonu transfer edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "ESPN Brazil" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Paris təmsilçisi artıq 24 yaşlı braziliyalının nümayəndələri ilə əlaqə saxlayaraq onun keçid imkanlarını müzakirə edib.
Rodriqo ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və İngiltərənin “Arsenal” klubları da maraqlanır. “Real” isə futbolçu ilə bağlı gələn təklifləri dəyərləndirməyə hazırdır.