EN

2026 cı ildə BRİKS sammitinin keçiriləcəyi yer açıqlanıb

ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ildə BRİKS sammitinin keçiriləcəyi yer açıqlanıb

BRİKS-in növbəti sammiti bu ölkənin sədrliyi ilə 2026-cı ildə Hindistanda keçiriləcək. Bu barədə TASS assosiasiyanın sammitinin bəyannaməsinə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, BRİKS Braziliyanın assosiasiyaya sədrliyini alqışlayır və Rio-de-Janeyroda sammitə ev sahibliyi etdiyinə görə ölkə hökumətinə və xalqına minnətdarlığını bildirir.

Bəyannamədə deyilir: "Biz Hindistanın 2026-cı ildə BRİKS-ə sədrliyi və Hindistanda 18-ci BRİKS sammitinin keçirilməsində ona tam dəstəyimizi bildiririk".

Çin sədri Si Cinpin ilk dəfədir ki, dövlət başçıları səviyyəsində görüşü qaçıraraq sammitdə iştirak etməyib. South China Morning Post-un məlumatına görə, Pekin Çin liderinin iş qrafiki ilə bağlı çətinlikləri əsas gətirib. Çin nümayəndə heyətinə Respublika Dövlət Şurasının Baş naziri Li Qianqın rəhbərlik edib.

Əziz Mustafa, Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
8
oxumeni.az

10Sources