EN

D.TRAMP V.PUTİNLƏ DANIŞIQDAN MƏYUS OLUB » AzadMedia.az

D.TRAMP

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından məyus olduğunu deyib.
Ağ Ev lideri təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
O, Putinin Ukrayna ilə müharibəni dayandırmaq, atəşkəsə getmək niyyətində olmadığını, Rusiyaya qarşı yeni sanksiya planı olduğunu bildirib.
“Görünür, o axıra qədər döyüşmək, insanları öldürməyə davam etmək istəyir. Bu, yaxşı deyil. Onunla söhbətdən razı qalmadım” – deyə Tramp vurğulayıb.
Tramp, eyni zamanda, ukraynalı həmkarı Volodimir Zelenski ilə də telefonda danışıb, söhbətin strateji əhəmiyyət kəsb etdiyini deyib.
Jurnalistin Ukrayna ilə tərəfdaşlıq edəcəksinizmi sualına Tramp “Onlara kömək edirik və kömək etməyə davam edəcəyik. Çox çətin vəziyyətdir. Nələr baş verdiyinə baxacağıq” deyə cavab verib.
Amerika Birləşmiş Ştatları rəhbərliyinin Ukraynaya bir sıra silah ixracını dayandırmasından sonra Ukraynanın cəbhədə vəziyyətinin çətinləşdiyi müşahidə olunur.
İxracı dayandırılan silahlara “Patriot”, “Hellfire”, “AIM 7 sparrow”, “Stinger” raketləri, AT-4 qumbara atıcıları, “Haubitsa”lar və MLRS daxildir.
Amerikalı rəsmilər ixracın dayandırılmasına səbəb kimi bu silahların ölkənin özü üçün olan ehtiyatlarının azaldığını göstəriblər.
Ukrayna rəsmiləri Vaşinqtonun bu barədə qərarından sonra Rusiyanının daha da cürətləndirəcəyini deyiblər.
Ukraynanın avropalı tərəfdaşları Amerikanın yaratdığı bu boşluğu necə dolduracaqlarını nəzərdən keçirirlər.
Ukraynanın özündə silah istehsalı sənayesinin gücləndirilməsi seçimlərdən biridir.
Amerika Birləşmiş Ştatları Rusiya ilə müharibə başlayandan indiyə kimi Ukraynaya milyardlarla dollar həcmində silah verib.
Ukrayna artıq 3 ildən çoxdur ki, Rusiya ilə fəal şəkildə müharibə aparır və müharbədə ərazisinin təxminən 20 faizinə nəzarəti itirib.

Chosen
4
2
azadmedia.az

10Sources