AZ

Rusiyada Paşinyanı hədəfə aldılar: "Aramızdakı türk şeytan"

Türkiyə və Ermənistan arasında normallaşma prosesinin davam etdiyi bir vaxtda, Ermənistan baş naziri Nikol Paşinyanın atdığı müsbət addımlar Rusiyanı narahat etməyə başlayıb.

Publika.az xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan rusiyalı teleaparıcı Vladimir Solovyov Ermənistan rəhbərliyini hədəfə alaraq Paşinyan barədə sərt və təhqiredici açıqlamalar verib.

Solovyov bildirib ki, Cənubi Qafqazda “koridor savaşı” gedir və əsas məqsəd Rusiyanın bölgədəki təsirini tamamilə aradan qaldırmaqdır.

O, Paşinyanı "Türk" adlandıraraq, bu sözləri səsləndirib: “Türk, ingilis xüsusi xidmət orqanları Ermənistanın başına tamamilə qeyri-qanuni şəkildə, bizim ölkə tərəfindən hansı səbəbdən tanındığı belə bəlli olmayan, əsl şeytan olan Paşinyan adlı biri Türkü gətirdi.

Seçilən
23
43
publika.az

10Mənbələr