EN

Harada azərbaycanlı var məlumat verin... - Moskva

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına iş çatnda mesaj göndərilərək saat 12:00-a qədər şəxsi heyət arasında azərbaycanlıların olub-olmaması barədə hesabat vermək tələb edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat yayılıb.

Həmçinin qeyd olunub ki, müvafiq cədvəl doldurulmalı və saat 14:00-a qədər təqdim edilməlidir.

Rusiyadan başqa narahatedici siqnallar da yayılıb. Belə ki, Moskvadakı tikinti şirkətlərində Azərbaycan vətəndaşı olan işçilərin yataqxanalardan çıxarılmasına başlanılıb.

Bütün bu addımlar Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının başladığını göstərir.

Xəbər 3 dəfə oxunub.
Chosen
10
50
xezernews.az

10Sources