
29 oktyabr 2024-cü il tarixdə NUH informasiya agentliyi (NUH.az saytı ) Qusar rayonu Samur qəsəbə sakini Muradxanova Gülnarə Qaflanovna tərəfindən dövlət başçısına və digər hökumət üzvlərinə ünvanlanmış, şikayətçinin özünün dediyi kimi 17-Cİ ŞİKAYƏT ƏRİZƏSİNİ olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan dərc etmişdir.
Yəni dərc etdiyimiz material bizim redaksiyanın yaradıcılıq məhsulu deyil, konkret olaraq Gülnarə Muradxanovanın müraciətinin surətidir (kopiyasıdır).
Biz redaksiya olaraq Muradxanovanın müraciətinin MƏZMUNUNA və FORMASINA heç nə əlavə etməmişik.
Onu da qeyd edək ki, bizdən öncə Gülnarə Muradxanova bu müraciəti 17 dəfə təkrar-təkrar ali dövlət rəhbərliyinə göndərib.
Muradxanovanın müraciətinin nə qədər həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün redaksiyamız tərəfindən aparılan araşdırmaya keçməzdən öncə müraciəti qısa ixtisarla xatırlatmaq istəyirik:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Baş Naziri
Cənab Əli Əsədova
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Cənab Zeynal Nağdəliyevə
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Cənab Fuad Ələsgərova
Azərbaycan Respublikasının Ədliyyə Naziri
Cənab Fərid Əhmədova
Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab Kamran Əliyevə
Qusar Rayon Prokurorluğuna
Qusar rayonu Samur qəsəbə sakini Muradxanova Gülnarə Qaflanovna tərəfindən
17-ci Ş i k a y ə t Ə r i z ə s i
Qusar rayon Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın Cinayət əməlləri barədə məlumat
Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarına Qusar rayonu Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın pul alaraq saxta sənəd verməsi və bələdiyyədə digər qanunsuzluqlar, həmçinin cinayət əməlləri barədə şikayət ərizələrimə ciddi yanaşılmır.
Bu necə ola bilər ki, mən və DİGƏR ŞİKAYƏTÇİLƏR bələdiyyə sədrinin cinayət əməlləri barədə müraciətlər edirik. Bələdiyyə sədrinin fəaliyyəti yoxlanılmır.
NUH.az olaraq qeyd edirik ki, redaksiyamıza daxil olan rəsmi məlumata görə, sabiq bələdiyyə sədri Elnarə Ayıbovanın fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən yoxlanılıb və müsbət rəy verilib. Hətta Gülnarə Muradxanovanın şikayətləri əsasında sabiq bələdiyyə sədri Elnarə Ayıbovanın fəaliyyəti istintaq orqanları tərəfindən də yoxlanılıb və müsbət rəy verilib. ( Rəsmi sənədlər redaksiyamıza təqdim olunub ).
İndi isə Gülnarə Muradxanovanın qızı, sabiq bələdiyyə sədri Albina Muradxanovanın əməllərinə nəzər salaq:
Gülnarə Muradxanovanın qızı, keçmiş bələdiyyə sədri Albina Muradxanovanın fəaliyyəti yoxlanılıb və materiallar Baş prokurorluğa göndərilib. Onu da qeyd edək ki, Gülnarə Muradxanovanın qızı, keçmiş bələdiyyə sədri Albina Muradxanovanın saxta müqavilə əsasında 17 hektar torpaq sahəsini satması ilə bağlı cinayət işi açılıb.
Ümumiyyətlə, Albina Muradxanova barəsində dəfələrlə məhkəmə qərarları olub. Onlardan bir neçəsini yada salmaq istəyirik:
Vətəndaş Əskərova Bikə İsrafil qızının şikayəti əsasında Qusar Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə bələdiyyənin sabiq sədri Muradxanova Albina Edik qızı AR-nın CM-nin 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək 4500 ( dörd min beş yüz ) manat cərimə cəzasına məhkum edilmiş, həmçinin CM-nin 46.2-ci maddəsinə əsasən ona əlavə cəza növü kimi 1 ( bir ) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmişdir.
Bundan əlavə vətəndaş şikayəti əsasında Albina Muradxanovaya digər məhkəmə qərarı ilə 2 il yarım icbari cəza verilmişdir.
Sonuncu dəfə Elnarə Ayıbovanın iddiası əsasında Qusar Rayon Məhkəməsi Muradxanova Albina Edik qızı barəsində 6 ay icbari cəza hökmü vermişdir.
Yeri gəlmişkən, Elnarə Ayıbova məhkəmənin qərarı ( 6 ay icbari cəza ) ilə razılaşmadığı üçün apellyasiya şikayəti vermis və 08 iyul 2025-ci il tarixdə Apellyasiya Məhkəməsi məsələyə baxacaqdır.
Yəni Gülnarə Muradxanova öz qızının əməllərini görmək istəmir, amma Elnarə Ayıbovaya qara yaxmaqla məşğuldur.
İndi isə keçək Gülnarə Muradxanovanın yazdığı şikayət məktublarındakı digər hallara:
Gülnarə Muradxanova öz müraciətində yazır ki, bələdiyyə sədri saxta sənədlərlə xeyli şəxsə torpaq satıb:
Məlumat üçün qeyd edək ki, həmin şəxslərdən bir neçəsi redaksiyamıza zəng edərək Gülnarə Muradxanovanın onların barəsində yazdıqlarının yalan və böhtan olduğunu bildiriblər. Hətta Zarina Əzimətova bələdiyyə sədri Elnarə Ayıbovaya zəng edərək yazılanların böhtan olduğunu bildirib. Zarina Əzimətova hətta Gülnarə Muradxanovaya zəng edərək onun adını hallandırdığına görə ittiham edib.
Deməli, Gülnarə Muradxanova böhtan atmaqla məşğuldur.
Gülnarə Muradxanova öz müraciətində yazır:
“Elnarə Ayıbova tüfeyli həyat sürür. Qusarda bunu bilməyən yoxdur. Nə dediyimi yəqin başa düşdünüz”.
Redaksiya olaraq Gülnarə Muradxanovadan soruşuruq ki, əcəba, sizi ƏXLAQ POLİSİ təyin ediblər ?
Gülnarə Muradxanova hətta siyasi şantaja əl ataraq bələdiyyə sədrini mitinq etmək, etirazlar başlamaq barədə çağırışlarda, dövlətçiliyə qarşı çıxmaqda ittiham edir.
Sakinlər arasında apardığımız şifahi sorğu zamanı sakinlər Elnarə Ayıbovanın dövlətə, dövlətçiliyə bağlı şəxs olduğunu bildirdilər.
Digər tərəfdən Gülnarə Muradxanova yazır ki, Samur bələdiyyəsində xəzinədar olmadığı üçün Elnarə Ayıbova xəzinədar vəzifəsini özü icra edir.
Redaksiyanın araşdırması zamanı əldə etdiyimiz rəsmi sənədlərdə bələdiyyənin xəzinədarı vəzifəsini konkret şəxsin icra etdiyi məlum olur.
Deməli bu məsələdə də Gülnarə Muradxanova yalan, böhtan yazmaqla məşğuldur.
Ən dəhşətlisi odur ki, Gülnarə Muradxanovanın bələdiyyə sədri Elnarə Ayıbova ilə bağlı kafelərdə, ictimai yerlərdə yaydığı elanlarda, saxta müraciətlərdə imzası olan şəxslərin bəzilər lap çoxdan vəfat edib. Bu barədə redaksiyamıza rəsmi sənədlər təqdim olunub.
Təsəvvür edirsiniz, dünyasını dəyişmiş sakinlərin saxta imzası ilə dövlət rəhbərliyinə müraciət.
Bu artıq sözün bitdiyi yerdir.
Redaksiyamız bələdiyyə sədri Elnarə Ayıbovya qarşı bu qaralama, şər-böhtan kompaniyasının arxasında kim(lər)in dayandığını araşdırarkən ortaya ciddi məlumatlar çıxdı.
Məlum oldu ki, vaxtilə Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi, hazırda məhkumluq həyatı yaşayan Cavanşir Əvəzov vaxtilə Albina Muradxanovanın əli ilə rayonda mənimsədiyi böyük torpaq sahələrini geri qaytarmaq üçün bu oyunları idarə edir.
Cavanşir Əvəzov və Albina Muradxanovanın qanunsuz əməlləri barədə araşdırmamız davam edir.
Bizi izləyin.