Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Çinin rəsmi nümayəndəsi Mao Nin keçirdiyi brifinqdə belə deyib. “Çin öz mövqeyini dəfələrlə açıqlayıb. Pekin ticarət və tarif müharibələrinin qalibi olmadığı və proteksionizmin çıxılmaz nöqtə olduğu qənaətindədir”, - Vaşinqtonun iqtisadi rüsumlar iddiaları ilə bağlı bəyanatların şərh edən Mao Nin vurğulayıb.
Tramp BRİKS-i dəstəkləyən ölkələri hədələyib | VİDEO
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Vaşinqton BRİKS siyasətini dəstəkləyən ölkələrə qarşı Vaşinqtonun 10%-lik əlavə ticarət tarifləri tətbiq edəcəyini yazmışdı. BRİKS sammiti iyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilir. Maraqlıdır ki, sammitdə Rusiya prezidenti Vladimir Putin və Çinin sədri Si Cinpin birbaşa iştirak etmirlər. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.