AZ

Donald Tramp daşqınlardan zərər çəkən Texas ştatına gedəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp iyulun 11-də Texasın daşqından ən çox zərər çəkən bölgələrinə səfər etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu jurnalistlərin səfərin tarixi ilə bağlı suallarına cavab verərkən deyib. ABŞ-ın dövlət başçısı dərhal Texasa getməyə hazır olduğunu, lakin yerli hakimiyyət orqanlarının fəaliyyətinə müdaxilə etmək istəmədiyini bildirib.

Xatırladaq ki, iyulun 4-də Texasın mərkəzini vuran güclü yağışlar Qvadalupe çayının məcrasından çıxmasına səbəb olub. Son məlumatlara görə, daşqın nəticəsində 28-i uşaq olmaqla 79 nəfər həlak olub, 41 nəfər isə itkin düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
azertag.az

10Mənbələr