EN

Sabunçuda soyğunçuluq edən şəxslər saxlanıldılar

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.
 
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
Chosen
8
15
moderator.az

10Sources