AZ

Moskvaya hücum edildi -

Ukrayna ordusu paytaxt Moskva da daxil olmaqla Rusiyanın müxtəlif şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Metbuat.az xəbər verir ki, intensiv hücumlardan sonra bir sıra hava limanlarının işində çətinliklər müşahidə edilib. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi hücumlar səbəbilə bir sıra uçuşların ləğv edildiyi və ya təxirə salındığını bildirilib. Açıqlamada paytaxt Moskva, Sankt-Peterburq və Nijni Novqorod hava limanlarında 287 reysin ləğv edildiyinə dair məlumat verilib. Ölkənin müxtəlif bölgələrində hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər qoyulduğu bəyan edilib.

Qeyd edək ki, Ukrayna ordusu paytaxt Moskva başda olmaqla Rusiyanın müxtəlif şəhərlərinə PUA hücumları həyata keçirib və Rusiya ordusunun müdafiə sistemləri bir çox Ukrayna PUA-sını zərərsizləşdirib. Bəzi PUA-lar hədəfə çatıb. Fəsadlar barədə məlumat yoxdur.

Seçilən
23
22
metbuat.az

10Mənbələr