EN

“Ukraynanın ərazi bütövlüyünü tələb etmək hüququ yoxdur” - Lavrov

“Ukrayna hakimiyyəti ölkənin ərazi bütövlüyünə iddia irəli sürə bilməz”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov xatırladıb ki, 1970-ci ildə BMT Baş Assambleyası Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannaməni qəbul edib: 

“Orada deyilir ki, ərazi bütövlüyü prinsipi hökumətləri xalqların bərabər hüquqlu və öz müqəddəratını təyinetmə prinsipinə riayət edən dövlətlərə şamil edilir”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti respublikanın rusdilli rayonlarının sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu nəzərə almadığından, onlar ərazi bütövlüyü prinsipinin tətbiqinə ümid edə bilməzlər.

Daşqın HəsənovMissiya.Az

Chosen
9
50
missiya.az

10Sources