Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 17-ci BRİKS sammiti çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə danışdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu gün onunla [BMT baş katibi Antonio Quterreşlə] söhbət etdim,” – deyə Rusiya XİN rəhbəri qeyd edib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rio-de-Janeyroda Sergey Lavrov və Antonio Quterreşlə görüş keçirməyi planlaşdırdığı bildirilmişdi.