EN

Avropa Liqası: “Sabah”–“Selye” oyununa satılan bilet sayı açıqlanıb

Bakı, 7 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” ilə Sloveniyanın “Selye” komandaları arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, artıq qarşılaşma üçün 3 min bilet satılıb.

Azarkeşlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah”–“Selye” görüşü iyulun 10-da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə olacaq.

Chosen
24
28
azertag.az

10Sources