AZ

"Sabah" - "Selye" oyununa 3000 bilet satılıb

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Sabah” - “SelYe” (Sloveniya) oyununa bilet satışları davam edir.

"Football-plus.az" xəbər verir ki, artıq 3000 bilet satılıb. "Sabah"a stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilər.

Qeyd edək ki, iyulun 10-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Selye” matçı saat 20.00-da başlayacaq. Cavab görüşü iyulun 17-də Sloveniyada olacaq.

Seçilən
14
27
football-plus.az

10Mənbələr