EN

Bu platformaya yeni tibbi məlumatlar inteqrasiya olunub

Bakı. Trend:

“mygov” platformasında vətəndaşların tibbi məlumatlara çıxışıimkanları genişləndirilib.

Trend xəbərverir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiməlumat yayıb.

Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TibbiƏrazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşəbbüsü ilə bir sırayeni tibbi məlumatlar platformaya inteqrasiya olunub. Artıqvətəndaşlar “mygov” platformasının “Tibb məlumatlarım” bölməsivasitəsilə aşağıdakı tibbi məlumatlara rahatlıqla baxabilərlər:

• Sağlamlıq haqqında tibbi arayış

• Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış

Bununla yanaşı, elektron xəstəlik vərəqələri üzrə məlumatlar da“mygov” platformasına inteqrasiya olunub. İRİA ilə SəhiyyəNazirliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilmiş buinteqrasiya sayəsində vətəndaşlar “Tibb məlumatlarım” bölməsində“Elektron xəstəlik vərəqələri məlumatları” alt bölməsinə daxilolaraq sənədlə tanış ola bilirlər.

Digər bir yenilik isə əlillik ilə bağlı məlumatlara rəqəmsalçıxış imkanının yaradılmasıdır. Bu məlumat Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində platformayaəlavə olunub. İndi istifadəçilər “Əmək və maliyyə məlumatlarım”bölməsində “Əlillik barədə məlumatım” alt bölməsinə daxil olaraqmüvafiq məlumatları rahat şəkildə izləyə bilirlər.

Qeyd edək ki, dövlət qurumları ilə güclü əməkdaşlığın vəkoordinasiyanın nəticəsi olaraq həyata keçirilən bu yeniliklərvətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş vəçevik çıxış imkanı yaradır.

Chosen
9
50
az.trend.az

10Sources