EN

Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb  

Ötən il Azərbaycanda vərəmə 1 103 yoluxma qeydə alınıb, 219 nəfər isə dünyasını dəyişib...

 

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə vərəmə yoluxanlardan 725-i kişi, 378-i qadın olub. Ölənlərdən isə 175-i kişi, 44-ü

qadındır.
Bundan əlavə, 2025-ci ilin yanvar - may aylarında 972 nəfər vərəmə yoluxub. Onlardan 658-i kişi, 314-ü qadındır. Məlumata əsasən, 90 nəfəri 17 yaşadək, 882 nəfəri isə 18 yaş və daha yuxarı şəxslərdir.

Poliqon.info

Chosen
8
9
poliqon.info

10Sources