EN

İyulun əvvəlində bəzi təqaüdçülər bir anda 2 pensiya ALACAQ

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

İyul ayından etibarən Rusiya Federasiyasında müəyyən kateqoriyalı vətəndaşlar bir anda iki və ya hətta üç pensiya növü almaq hüququ qazanıblar. 

News24.az xəbər verir ki, bu, əlavə sosial dəstəyə ehtiyacı olan insanların hüquqlarını qorumaq məqsədilə pensiya qanunvericiliyində nəzərdə tutulmuş istisnai hallardır.

Bu barədə hüquq professoru Vadim Vinoqradov danışıb və ikiqat pensiya hüququ olan əsas vətəndaş qruplarını açıqlayıb. Hərbi xəsarət nəticəsində əlil olmuş şəxslər – Eyni anda əlilliyə görə pensiya və yaşa görə sığorta pensiyası almaq hüququna malikdirlər. Böyük Vətən Müharibəsinin iştirakçıları – Əlillik statusuna görə pensiyalar veriləcək. 

Bundan əlavə, maliyyələşdirilən pensiya da fərqli qaydada tətbiq olunur. Bu növ pensiya digər pensiya növlərindən asılı olmadan təyin edilir və onlarla birlikdə ödənilə bilər. Bu da bəzi vətəndaşların eyni vaxtda üç növ pensiya ala bilməsi deməkdir.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
50
news24.az

10Sources