AZ

Rus qızlarının doğması üçün Putin ...əlindən gələni edir

Musavat.com xəbər verir ki, Kremlin demoqrafiya dərdi başından aşır. Rusiya Dövlət Duması yeni qanun qəbul edərək tələbə qızlar üçün hamiləlik müavinətini artırıb.

Artıq tələbə analara bölgənin yaşayış minimumunun tam 100%-i həcmində pul veriləcək. Əvvəllər bu rəqəm xeyli az idi və çay-piroq pulu zorla çıxırdı.

Rəsmi izah belədir: bu dəyişiklik həm sosial dəstəyin gücləndirilməsi, həm də təhsil alan gənc anaların yükünün yüngülləşdirilməsi üçündür. Amma arxa planda daha böyük məsələ var – Putin rejimi rusların doğub-törəməsi üçün əlindən gələni edir.

Axı bəllidir ki, Rusiya artıq uzun illərdir qocalan millətlər sırasındadır. Gənclər azalır, doğum statistikası illərdir sürüşə-sürüşə gedir. Görünür, indi tələbə xanımlar “məmləkətin demoqrafik strateji ehtiyatı” sayılır.

Qanunun qüvvəyə minəcəyi tarix və texniki detallar isə hələ gələcək sərəncamlarla dəqiqləşdiriləcək. Hələlik Kreml dərindən nəfəs alır: “Köhnə qayda ilə olmursa, bəlkə pul ilə doğular…”

 

Musavat.com

Seçilən
12
50
musavat.com

10Mənbələr