EN

Çin avtomobilləri üçün ehtiyat hissələri istehsalıçısı Azərbaycanda

Çin avtomobilləri üçün ehtiyat hissələrinin istehsalı ilə məşğul olan HAILEBANG markası Azərbaycan bazarına daxil olur.

Marja.az xəbər verir ki, artıq istehsalçının Azərbaycanda rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb, tezliklə ehtiyat hissələri mağazalarında və servis mərkəzlərində HAILEBANG markasına aid ehtiyat hissələri təklif olunacaq.

Bildirilir ki, hərəkətli hissələrdən kuzov detallarına qədər Çin avtomobilləri üçün bütün ehtiyat hissələri Azərbaycana gətiriləcək. 

Rəsmi nümayəndəlik Çin avtomobilləri üçün ehtiyat hissələrinin topdan satışı üzrə sifarişlərin qəbuluna da başlayıb. Satış mərkəzi Bakıda İsmayıl Hidayətzadə 37 ünvanında yerləşir. 

hailebangçinavtomobilehtiyathissələr
Chosen
19
22
marja.az

10Sources