AZ

300 faiz çoxalıb

Fransada müsəlmanları hədəf alan islamofob hücumların sayı 2025-ci ilin ilk 5 ayında əvvəlki ilə nisbətən 75 faiz artıb. Səlahiyyətlilərin paylaşdığı məlumatlara görə, yanvar-may ayları arasında ölkədə 145 islamofobiya hadisəsi qeydə alınıb. Bu rəqəm 2024-cü ilin eyni dövründə 83idi.

Xüsusilə fərdlərə edilən hücumların artması təəccüblü həddə çatıb. Məlumata görə, bu ilin ilk 5 ayında 99 fiziki hücum olub. Bu, ötən ilin eyni dövründəki 32 hadisə ilə müqayisədə 309 faiz artım deməkdir.

Səlahiyyətlilər indi vurğulayırlar ki, bildirilən islamofobiya hallarının üçdə ikisindən çoxu insanlara birbaşa hücumlardır. Bu, statistika ölkənin müsəlman icmasını narahat edib və vətəndaş cəmiyyəti təşkilatları hakimiyyətdən daha sərt tədbirlər görməyə çağırır.

Seçilən
1
50
vaxt.az

10Mənbələr