EN

Xankəndiyə dəmir yolu: Qarabağın mobilliyində yeni dövr - RƏY

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentiİlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və AvtovağzalKompleksinin təməlini qoyub. Belə ki, kompleksin sahəsi 6,4 hektartəşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yoluplatformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi,ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantıotaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahətguşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmətedəcək.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat eksperti RaufAğamirzəyev bildirib ki, nəqliyyat növlərinin çoxluğu bölgədəəlçatanlığı artırır və mobilliyə müsbət təsir göstərir.

Onun sözlərinə görə, insanların hər hansı bir məkana rahatçatmaq imkanı bölgənin iqtisadi inkişafına birbaşa təsir edir:

“Yenidən qurulan Qarabağda vaxtilə dağıdılmış yollar bərpaolunur. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağındirçəlməsinə və inkişafına müsbət təsir göstərəcək. Gözlənilir ki,yaxın 2 il ərzində Ağdamdan Xankəndiyə dəmir yolu tikilərəkistifadəyə veriləcək. Hazırda tikinti işləri Ağdama qədər davametdirilir”.

Ekspertin sözlərinə görə, bu marşrut üzrə gündəlik Bakı–Xankəndiarasında sərnişin qatarları hərəkət edəcək:

“Bu da Qarabağa daha rahat və komfortlu səfər üçün yeni imkanlaryaradacaq. Eyni zamanda, dəmir yolu və avtovağzal kompleksinin eynisahədə yerləşməsi əlavə üstünlüklər təmin edir. Beləliklə, insanlarqatardan endikdən sonra müxtəlif istiqamətlərə səyahət etmək imkanıəldə edəcəklər. Kompleks multimodal daşımaları özündə birləşdirir.Bu da əks istiqamətdə bölgələrdən Bakıya səyahət üçün də şəraityaradır”.

“Ümumilikdə dəmir yolu sahəsində müxtəlif istiqamətlər üzrəmühüm işlər görülür. Bu işlər yeni inkişaf mərhələsinə keçidi vəsürət artımını təmin edir. Bu sürətə uyğun olaraq həm yeni qatartərkiblərinin alınması, həm də şaxələnmiş dəmir yolu şəbəkəsivasitəsilə müxtəlif istiqamətlərə reyslərin açılması zərurətiyaranır. Düşünürəm ki, yaxın illərdə bu prosesin daha aktiv həyatakeçirildiyini müşahidə edəcəyik”- R. Ağamirzəyev deyib.

Məqalədə:
Chosen
8
50
az.trend.az

10Sources