EN

Rusiyalı nazirin özünü güllələdiyi yerdən görüntülər - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın sabiq nəqliyyat naziri və eyni zamanda Kursk vilayətinin keçmiş rəhbəri Roman Starovoyt intihar edib.

Musavat.com xəbər verir ki,vəzifəli şəxs kolların arasında, Tesla Model X maşınının bir neçə metrliyində 2023-cü ildə DİN rəhbərliyi tərəfindən təqdim edilmiş mükafat silahından istifadə edərək özünü güllələyib.

İlkin məlumata görə, Roman Starovoytun intiharına səbəb kimi onun barəsində cinayət işinin açılması ehtimalı göstərilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Starovoytu bu gün nəqliyyat naziri vəzifəsindən azad edib.

Hadisənin baş verdiyi yerdən görüntüləri təqdim edirik:

Şahanə Rəhimli
Musavat.com

Chosen
38
43
musavat.com

10Sources