Ermənistan səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə gedib.
Ölkə.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Nəşrin dərc etdiyi kadrlarda avtomobilin Xarici İşlər Nazirliyinin binasına yaxınlaşması və oradan diplomatın çıxması da görünür.
Xatırladaq ki, iyulun 4-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya rəsmilərinin və ekspertlərinin respublikadakı daxili siyasi vəziyyətlə bağlı bəyanatlarına etiraz notası təqdim edilib. Buna səbəb Ermənistanda baş verən son siyasi proseslərə Rusiya mediasında və ekspert birliyində səslənən tənqidi qiymətlər olub. Qeyddəki ifadələrin və adların dəqiq siyahısı açıqlanmır.
Qeyd edək ki, iyunun 30-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya siyasətçiləri, rəsmiləri və ekspertlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb.
Həmidə İbrahimova