EN

İsveçdən Ukraynaya sənaye dəstəyi: birgə silah istehsalı gündəmdədir

İsveç Ukrayna ilə birgə silah istehsalı barədə saziş imzalamaq imkanını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson Dagens Nyheter nəşrinə açıqlamasında bildirib.

“Bu kimi sazişlər İsveç üçün şübhəsiz maraq doğurur. Hökumət Ukrayna ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsini istəyir və İsveçin müdafiə şirkətlərini Ukraynada fəaliyyət göstərməyə təşviq edir,” – deyə nazir qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Danimarka ilə silah istehsalına dair saziş imzalayıb. Bu çərçivədə Ukrayna Danimarka ərazisində silah istehsal edəcək. Bu, ölkənin xaricdə ilk belə layihəsi olacaq.

Chosen
24
41
nocomment.az

10Sources