AZ

ABŞ-nin “Dow” kimya şirkəti Avropadakı üç zavodunu bağlayacaq

Amerikanın kimya şirkəti “Dow Inc.” 2027-ci ilin sonuna kimi Avropadakı üç istehsal müəssisəsini bağlayacaq.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı şirkət məlumat yayıb.

Məlumata görə, bu qərar regiondakı struktur problemləri ilə bağlıdır. Almaniyada “Dow” 2027-ci ilin dördüncü rübündə Böhlendəki etilen zavodunu və Şkopaudakı xlor-qələvi və PVC kompleksini bağlamağı planlaşdırır. Böyük Britaniyadakı siloksan zavodunun 2026-cı ilin ortalarında bağlanması planlaşdırılır.

Bu addımlar 800-ə yaxın iş yerinin itirilməsinə səbəb olacaq.

Seçilən
15
9
icma.az

10Mənbələr