Fransa millisinin və Madrid "Real"ının hücumçusu Kilian Mbappe sabiq klubu PSJ-ə qarşı prokurorluğa təqdim etdiyi şikayətini geri çəkib.
90deqiqe.Az-ın “L’Équipe"yə istinadən yaydığı xəbərə görə, futbolçu bu qərarı idman karyerasına tam şəkildə fokuslanmaq məqsədilə verib.
Xatırladaq ki, Mbappe 2025-ci ilin mayında Paris prokurorluğuna müraciət edərək PSJ rəhbərliyini 2023-cü ildə ona qarşı "mənəvi təzyiq" və "haraasment" tətbiq etməkdə ittiham etmişdi. O zaman klubdan ayrılmaq istəyi səbəbindən futbolçu məşqlərdən və oyunlardan kənarlaşdırılmışdı. Yalnız tərəflər arasında aparılan "konstruktiv danışıqlardan" sonra (bu ifadə KİV-lərə aiddir), hücumçu komandanın əsas heyətinə qaytarılmışdı.
Bununla belə, Mbappenin kluba qarşı 55 milyon avro məbləğində ödənilməmiş əməkhaqqı və bonusların tələb olunması ilə bağlı apellyasiya prosesi qüvvədə qalır.